Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
30.11.2015

AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib

Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə bağlı AMEA Rəyasət Heyətinin geniş iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, AMEA-nın 70 illik yubileyi münasibəti ilə, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatları və fəxri adlara layiq görülmüş AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edib, elmi fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Təltif olunanlar arasında AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov da vardır. İclasda ona “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.  

 
© Muxtar KAZIMOĞLU   2014.