Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
3.5.2017

Folklor İnstitutunun direktoru Muxtar İmanov AMEA-nın həqiqi üzvü seçilib

02 may 2017-ci il tarixində AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elm və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülüb.
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Muxtar Kazımoğlu-İmanov “Ədəbiyyatşünaslıq” ixtisası üzrə AMEA-nın həqiqi üzvü, Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Kamran Əliyev “Folklorşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçiliblər.
İnstitut kollektivi adından onları təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.

 
© Muxtar KAZIMOĞLU   2014.