Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
17.11.2020

Muxtar İmanov “Qafqaz Media” İctimai Birliyinin döş nişanı ilə təltif edilib


“Qafqaz Media” İctimai Birliyi AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar (Kazımoğlu) İmanovu “İlhamlı Azərbaycan” layihəsinin qaliblərindən biri kimi eyniadlı döş nişanı ilə təltif edib. Təltifetmə mərasimi AMEA Folklor İnstitutunda baş tutub. Akademik M.İmanova döş nişanını “Qafqaz-Media” İctimai Birliyinin sədr müavini Sahilə Mahirqızı təqdim edib.

Muxtar (Kazımoğlu) İmanov öz növbəsində onu bu medala layiq gördükləri üçün “Qafqaz-Media”İctimai Birliyi”nin rəhbərliyinə dərin təşşəkkürünü bildirib.
Xatırladaq ki, “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi bu döş nişanı bir sıra ziyalılarımıza, o cümlədən AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudova, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova, AMEA Geologiya və Geofizika İnstitutunun professoru Hikmət Mahmudova və digər elm xadimlərimizə təqdim edilib.

 
© Muxtar KAZIMOĞLU   2014.