Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
15.1.2015

Muxtar Kazımoğlunun yeni kitabı –
“Folklor həm keçmiş, həm də bu gündür”

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanovun “Folklor həm keçmiş, həm də bu gündür” kitabı işıq üzü görüb (Bakı. Elm və təhsil, 2014, 194 səh).
Kitaba müəllifin son iillərdə yazdığı folklor, xalqlararası folklor əlaqələri, folklorşünaslığın müxtəlif problemləri ilə bağlı məqalələri və bir müsahibəsi (“Nağıllar barədə bir neçə söz”, “Bamsı Beyrək boyunda gülüş kultu və obrazın ikiləşməsi”, “Eposda tarixilik”, “Ustad aşıq və tarixi ənənə”, “Folklorun toplanması və sistemləşdirilməsində bəzi təməl prinsiplər”, “Qarabağ folkloru”, “Azərbaycan folklorşünaslığı: tarixilik və müasirlik”, “Folklor elmimizin bir mənzərəsi”, “Folklor və Qafqaz evi”, “Şərq-Qərb folkor əlaqələrinin bəzi istiqamətləri”, “Folkor həm keçmiş, həm də bu gündür”) daxil edilib.
Kitabın elmi redaktoru fil.ü.e.d. Səbinə İsayevadır.
Bildirək ki, M.Kazımoğlu “Müasir Azərbaycan nəsrində psixologizm” (1991), “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006), “Folklorda obrazın ikiləşməsi” (2011), “Epos, nəsr, problemlər” (2011), “Portretlər” (2013) adlı elmi kitabların müəllifidir.

 
© Muxtar KAZIMOĞLU   2014.